Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram"