Ukraynalı alim: Azərbaycanın Qələbəsi ölkə rəhbərliyi ilə xalqın birgə səylərinin nəticəsi oldu

Mən bütün Azərbaycanı və Azərbaycan xalqını Qələbə münasibətilə, ölkənin ərazi bütövlüyü və Qarabağ regionu üzrə suverenliyinin bərpasına nail olunması ilə əlaqədar təbrik etmək istəyirəm.

Bu fikirləri AZƏRTAC-a ukraynalı alim, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik deyib.

Onun sözlərinə görə, bu, həm ölkə rəhbərliyinin, həm də xalqın birgə səyləri sayəsində, hərbi quruculuq, informasiya siyasəti, diplomatik fəaliyyət sahəsində çox ölçülüb-biçilmiş, düşünülmüş addımlar nəticəsində baş verdi.

“Fikrimcə, belə vəziyyətdə Ukrayna üçün Azərbaycan tarixi öz düşüncələrində və hərəkətlərində birlik nümayiş etdirilməsinin nə qədər vacib, nə qədər zəruri olmasının örnəyinə çevrilməlidir”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.