ABŞ Ermənistanın suverenliyinə qəsd etmir və İrəvandan digər ölkələrlə dostluq münasibətlərini pozmağı tələb etmir.
Trend xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Senatda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq sazişinin imzalanması ABŞ-nin özəl sektor investisiyalarını stimullaşdıracaq.
“Biz, Amerika şirkətlərinin inhisarına can atmırıq, lakin onların ədalətli paylarını əldə etməsini istəyirik”, – deyə o vurğulayıb.