Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.

"Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsimüzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.