Aİ-nin XİN rəhbərləri Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə edəcəklər

Bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü keçiriləcək.

Trend xəbər verir ki, görüşdə diplomatlar Azərbaycan-Ermənistan sülh danışıqlarını və İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər.

Digər əsas mövzu Ukraynadakı mövcud vəziyyət və bununla bağlı bütün məsələlər, o cümlədən bu ölkəyə maliyyə və hərbi yardım və təhlükəsizlik təminatları olacaq.