Ərdoğan Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə o "X" sosial media hesabında paylaşım edib.

 

"Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edir, bir millətin iki dövləti, tək ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırıram", - paylaşımda qeyd olunub.\