Laçın sakini: Dədə-baba yurdumuz bizi çağırır

Laçınıma qayıdıram və ora mümkün qədər tez çatmaq istəyirəm. Dədə-baba yurdumuz bizi çağırır.

Bu sözləri noyabrın 14-də Laçına yola düşən keçmiş məcburi köçkün, rayon sakini İmarət Rüstəmova AZƏRTAC-a müsahibəsində deyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbə qazandığını vurğulayan keçmiş məcburi köçkün əlavə edib: “Ordumuz öz gücünü döyüş meydanında göstərdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz artıq öz elimizə uzun illərdən sonra geri dönürük”.