Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - EKSKLÜZİV

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə "Report"un Avropa bürosuna Qrononun özü bildirib.

"Sabah Bakıya yola düşürəm", - o qeyd edib.

M.Qrono səfərin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, o, sonuncu dəfə Azərbaycana 2026-cı ilin yanvarında səfər edib.