Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb.

Paylaşımda deyilir:

"Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir”. Türkmənistan xalqına ən xoş arzularla!