Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb

İyunun 25-də Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.

Forumun rəsmi açılışından sonra “Nə yaxınmış uzaqlar!” mövzusunda panel müzakirəsi aparılacaq. Panel çərçivəsində türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.