Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər - Lyayen (VİDEO)

Sizin ölkəniz (Azərbaycan – red.) nadir ölkələrdəndir ki, o, regional sabitliyi və inkişafı irəli apara bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

O qeyd edib ki, Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.