Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək - Tramp

ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasına görə əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməyi planlaşdırır.

Bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib.

 

"Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", – deyə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş zamanı bildirib.

Qeyd edək ki, ABŞ və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO Sammiti çərçivəsində keçirilir.