Azərbaycanda işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Nəticədə süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılması hədəflənir.
Əsas icraçı orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar isə Rəqənsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İqtisadiyyat Nazirliyi təyin edilib.