Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir - Merts

Azərbaycan iqtisadi cəhətdən Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir.

Trend-in xüsusi müxbiri məlumat verir ki, bunu Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Berlində keçirilən mətbuat konfransında deyib.