İsrail və Livan arasında birbaşa danışıqların yeddinci raundu avqustun 4-də İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.
Bu barədə İtaliyanın XİN rəhbəri Antonio Tayani parlamentdə çıxışında bildirib.
İsrail tərəfi hələlik danışıqların tarixini təsdiqləməyib.
Qeyd edək ki, ötən həftə Romada keçirilən danışıqların altıncı raundundan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı pilot zonalardan geri çəkilərək, Livan qoşunlarının bölgəyə nəzarəti öz üzərinə götürməsinə şərait yaratmışdı.