Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiq edib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Saziş 2026-cı il mayın 19-da Bakı şəhərində imzalanıb.