Doğma yurda qayıdış insanın öz köklərinə, xatirələrinə və gələcəyinə qovuşmasıdır. Xocalı rayonunun Badara kəndində məskunlaşan ailələr bu gün doğma ocaqlarında yeni həyat qurur, Böyük Qayıdışın sevincini yaşayırlar.
Badarada daimi məskunlaşmış Ramil Mehdiyev kənddə yaradılan yaşayış şəraitindən məmnundur. O, ailəsi ilə birlikdə doğma torpaqda öz təsərrüfatını inkişaf etdirir, halal zəhməti ilə gündəlik ruzisini qazanır, gələcəyini qurur.
AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırladığı videoçarxı təqdim edir.