Rusiyanın müvəqqəti işlər vəkili Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinə çağırılıb

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkilini çağırıb.

Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Ənvər əl-Anuni bildirib.

 

Brüssel rusiyalı diplomatın çağırılmasının Rusiyanın pilotsuz uçuş aparatının (PUA) Rumıniya ərazisinə daxil olması ilə əlaqəli olduğunu bildirib.

Rumıniya ərazisinə Rusiya mənşəli olduğu ehtimal edilən pilotsuz uçuş aparatlarının (PUA) daxil olması ilə bağlı son insidentlər 2026-cı il iyulun 24–27-də baş verib. Bu müddətdə Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan üç PUA-nı vurub, daha bir PUA isə qısa müddət Rumıniya hava məkanına daxil olduqdan sonra Ukrayna istiqamətində geri dönüb