Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdi zamanı Marmarisdə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən və 10 ildir qırmızı bülletenlə axtarılan FETÖ üzvü B.K. Afyonkarahisarda saxlanılıb.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Eskişehir vilayətlərinin Polis İdarələrinin Kəşfiyyat Şöbələri tərəfindən həyata keçirilən birgə əməliyyat nəticəsində FETÖ silahlı terror təşkilatının 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Muğlanın Marmaris rayonunda Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdini həyata keçirən xüsusi təyinatlı qrupun tərkibində yer almış, qırmızı bülletenlə axtarılan, ordudan xaric edilmiş helikopter pilotu, keçmiş kapitan B.K. Afyonkarahisar Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb", – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyə hüquq-mühafizə orqanları FETÖ və onun strukturlarına qarşı mübarizəni qətiyyətlə davam etdirir.