Tramp orduya İrana qarşı irimiqyaslı hücuma hazırlaşmağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi kommandanlığına İrana qarşı irimiqyaslı hücum əməliyyatına hazırlaşmağı əmr edib.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Məlumata görə, zərbələr artıq həftəsonundan başlanıla bilər.

 

WSJ-nin adı açıqlanmayan rəsmilərə istinadən verdiyi informasiyaya görə, plan Kemp-Devid iqamətgahında təsdiqlənib. Bundan əvvəl Tramp bildirmişdi ki, İran rəhbərliyini danışıqlara məcbur etmək üçün şiddətli hərbi gücün tətbiqi zəruridir.

Lakin nəşrin mənbələri, planlaşdırılan irimiqyaslı zərbələr dalğasının labüd olmadığını hesab edir, belə ki, onların fikrincə, Tehran dialoqda real irəliləyiş nümayiş etdirsə, Ağ Evin rəhbəri bu əmrini geri götürə bilər.