ABŞ və İran arasında silahlı münaqişənin davam etməsi fonunda Hörmüz boğazı yaxınlığında daha bir ticarət gəmisi hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, Omanın Xasab şəhərindən 21 dəniz mili şimal-şərqdə yerləşən ərazidə üzən bir tanker yaxınlığına naməlum mərmi düşdüyünü və güclü su sıçrayışının müşahidə olunduğunu bildirib.
Hazırda gəminin zərər gördüyü barədə heç bir məlumat yoxdur. UKMTO bildirib ki, səlahiyyətli qurumlar insidenti araşdırırlar. Həmin ərazidə hərəkət edən gəmilərə ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət müşahidə etdikləri təqdirdə bu barədə dərhal məlumat vermələri tövsiyə olunub.