İran XİN bu gün ABŞ ilə müzakirələrin keçirilməyəcəyini deyib

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai dolayı şəkildə İran və ABŞ arasında bu gün keçiriləcəyi deyilən müzakirələrin baş tutmayacağını qeyd edib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 avqust) Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İraqa ziyarət səbəbi ilə şəxsi səfərə gedir. İranın müzakirə heyətində olan qalan əməkdaşlar da İrandadır.

İran və ABŞ ilə əlaqədar məsələlərdə Çinin vasitəçi olmasına dair xəbərlərə münasibət bildirən Bəqai qeyd edib ki, İran və ABŞ arasındakı məsələlərdə vasitəçi Pakistandır və Qətərdə lazım olan hallarda köməklik göstərir.

 

“İranın Çinlə dostluq və yaxın əməkdaşlıq əlaqəsi var. Çin də regionda qarşıdurma və destabilliyin artmasında İranın narahatlığına şərikdir. Buna əsasən Çin tərəfi gərginliyin qarşısının alınması üçün öz imkanlarından istifadə edir. Bu baxımdan Çin bir sıra ölkələr kimi köməklik göstərir. Lakin mövcud vasitəçilərə yeni vasitəçi əlavə olunmayıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların bazar ertəsi günü başlayacağını bildirib. ABŞ prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər hakimiyyətlərinin, eləcə də İran tərəfinin tələbi ilə danışıqlara razılıq verib.