Rubinyan Ermənistan parlamentinin spikeri seçildi

İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılan Ermənistanın yeni seçilmiş Milli Assambleyasının iclasında “Vətəndaş Müqaviləsi” partiyasından olan 36 yaşlı deputat Ruben Rubinyan parlamentin spikeri seçilib.

Ermənistan KİV-in məlumatına görə, Rubinyan həmin vəzifəyə yeganə namizəd olub.

O, əvvəlki parlament çağırışında vitse-spikerlərdən biri olub, həmçinin son vaxtlara qədər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.

 

Parlament sədri seçilənədək iclasa Milli Assambleyanın ən yaşlı deputatı Knyaz Qasanyan sədrlik edib.

Xatırladaq ki, Ermənistanın IX çağırış parlamentində üç siyasi qüvvə təmsil olunur: hakim "Vətəndaş müqaviləsi" Partiyası – 64 deputat, "Güclü Ermənistan" bloku – 29 deputat və "Ermənistan" bloku – 12 deputat.