Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək

İrana hücum üçün ABŞ-yə kömək edən hər bir ölkə raketlərin hədəfi olacaq.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

"İranın Hörmüz boğazı üzərindəki suverenliyinin pozulması qəbuledilməzdir", - o bildirib və hazırda ABŞ ilə danışıqların aparılmadığını xatırladıb.

Ə. Nikzadın sözlərinə görə, beynəlxalq təsisatlarda İsrail və ABŞ-nin maraqlarına yönəlmiş qətnamələr sülhə yox, müharibəni alovlandırmağa xidmət edir: "Silahlı Qüvvələr İrana hücum etmək üçün regiondan sui-istifadə edilməsinə icazə verməyəcək".