Bakıda Pakistanın Müstəqillik Günü münasibətilə tədbir keçirilir

Azərbaycanın Pakistan Respublikasındakı səfirliyində Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilir, Trend-in müxbiri xəbər verir.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Qasim Məhiyəddin, diplomatik korpusun nümayəndələri, Pakistan icmasının üzvləri və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində Pakistanın milli bayramı – ölkənin 14 avqust 1947-ci ildə müstəqilliyini elan etməsi ilə bağlı Müstəqillik Günü qeyd olunur.

Xəbər yenilənir.