ABŞ gələn həftə İranın iqtisadi təcridini gücləndirməyə yönəlmiş “misli görülməmiş tədbirlər” elan etmək niyyətindədir.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Newsmax” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Prezident Donald Trampın göstərişi ilə Tehrana iqtisadi təzyiqi gücləndirmək niyyətindədir. Bessent hazırlanmaqda olan tədbirlərin təfərrüatlarını açıqlamayıb və gələn həftə administrasiyanın açıqlamalarını izləməyə çağırıb.