ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Boğazın yolu o şərtlə açılacaq ki, Amerika mühasirədən və İrana qarşı təcavüzdən əl çəksin", - Pezeşkian xatırladıb.
Onun sözlərinə görə, Vaşinqton müharibə yolu ilə öz məqsədlərinə çata bilməyib və mühasirəyə də məhz buna görə əl atıb: "Lakin biz dayanmayacağıq.
Dəniz yolu bizim həyat yolumuz deyil, elə düşünməsinlər ki, bu hərəkətlərlə bizi təslim edə bilərlər".