Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, iclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edir.