TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir

Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə təşkil edilib.

Konfransın mövzusu “Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi”dir.

Konfrans çərçivəsində “Regional inteqrasiya və Orta Dəhliz infrastruktura əsaslanan inkişafın katalizatoru kimi”, “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi” və “Dayanıqlı inkişaf üçün innovasiya: Siyasət çərçivələri və iqtisadi transformasiya” adlı panel müzakirələr keçirləcək.

Xəbər yenilənəcək