Dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, müzakirələrdən sonra prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkarimovun, Yunus Oğuzun və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.