Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

Türkiyənin Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Yavaş istefa qərarını sosial media hesabındakı paylaşımla açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Apellyasiya Məhkəməsinin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı bu ilin iyul ayında aldığı “mütləq etibarsızlıq” (mutlak butlan) qərarından sonra ölkənin ana müxalifət partiyasına üzv olan bir sıra bələdiyyə sədri CHP-dən ayrılmaq qərarı alıb.