Türkiyə hakimiyyəti Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirir və bu məqsədlə Rusiya və Ukrayna ilə fəal əməkdaşlıq edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Amerikanın “Newsweek” jurnalına müsahibəsində bildirib.
“Bu gün biz Qara dənizdə təhlükəsizliyə xüsusi əhəmiyyət veririk. Hərbi əməliyyatların mülki gəmiçiliyə, ticarət yollarına və enerji infrastrukturuna toxunmamasını təmin etmək üçün tərəflərlə qarşılıqlı əlaqələrimizi davam etdiririk”, - deyə o qeyd edib.
Qeyd edək ki, bundan bir gün əvvəl Türkiyə lideri çıxışında Hörmüz boğazında gəmilərin sərbəst keçidinin təmin olunmasının zəruriliyini vurğulamışdı.