Cənubi Sakit Okeanda Fransanın dənizkənarı ərazisi olan Yeni Kaledoniyaya məxsus Luayote adalarından şimal-şərqdə 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Numea şəhərindən 252 kilometr şimal-şərqdə yerləşib. Ocaq 6 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.