27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb.

Trend-in anım tədbirindəki müxbiri xəbər verir ki, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları Zəfər Parkını ziyarət ediblər.

Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edir.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Müharibə nəticəsində Azərbaycanın işğal altında olan əraziləri azad edilib.