Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın həm yeni münaqişəyə, həm də ABŞ-lə diplomatik danışıqlara hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Əraqçi “NBC News”a müsahibəsində seçimin ABŞ Prezidenti Donald Trampdan asılı olduğunu deyib.

Nazir qeyd edib ki, İran münaqişənin dayandırılması çərçivəsində Hörmüz boğazını açmağa və neft ixracını bərpa etməyə hazırdır.

Əraqçinin sözlərinə görə, Tehranın şərtləri yeni deyil və daha əvvəl ABŞ-lə əldə olunmuş razılaşmada əksini tapıb.