Yaponiyanın yeni “Type-25” raket sistemləri ilk dəfə ABŞ-lə birgə oktyabrda keçiriləcək “Keen Sword” hərbi təlimlərində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Təlimlər zamanı Yaponiya və ABŞ hərbçiləri raket sistemlərinin idarə olunması və istifadəsinin əlaqələndirilməsi üzrə birgə məşqlər keçirəcəklər. Raketlərin buraxılması nəzərdə tutulmur.
“Type-25” raket sistemləri bu ilin martında Yaponiyanın Kyuşu adasında daimi yerləşdirilib. Tokio bu silahları rəsmi olaraq gəmi əleyhinə raketlər kimi təqdim edir.