Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq - Dunkan Norman

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələyə keçdiyini bildirib.

O, bu barədə “X” hesabında paylaşım edib.

O qeyd edib ki, Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Vernon Koaker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirib.

“Strateji tərəfdaşlığımız çərçivəsində təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi artım və innovasiya imkanları da daxil olmaqla, əlaqələrimizin daha da dərinləşdirilməsi müzakirə edilib”, – deyə paylaşımda bildirilib.