Azərbaycandan, Türkiyədən və Özbəkistandan olan qardaşlarımız həm planlaşdırılmasında, həm də icrasında mükəmməl bir təlimi uğurla başa çatdırdılar. İnanıram ki, bundan sonra digər qardaşlarımız – qırğızlar və qazaxlar da aramıza qoşulduqda daha böyük təlimləri birlikdə həm planlaşdıracaq, həm də uğurla həyata keçirəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin yekununda fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində söyləyib.
O bildirib ki, bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur. “Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, - deyə Yaşar Gülər vurğulayıb.