Bu təlimlərdə iştirak edən bütün şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Həm quru əməliyyatları, həm dəniz əməliyyatları, həm də havadan zərbələr - hamısı uğurla həyata keçirildi və şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin yekununda fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.
"Əminəm ki, belə təlimlər iştirak edən hər üç ordunun xeyrinədir və döyüş hazırlığının daha yüksək səviyyədə təşkil edilməsinə dəstək olacaq. Xüsusi qeyd etmək istəyirəm ki, bu təlimlər regionda sülhün və sabitliyin təmin olunmasına yüksək səviyyədə töhfə verəcək",- deyə Zakir Həsənov vurğulayıb.