Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə DHA Press-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.