Azərbaycan MN: Ermənistanın təxribatı nəticəsində yaranmış gərginlik davam edir

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən DHA Press-ə bildiriblər ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.