Oktyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları, eləcə də yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.