Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, tarixi hadisələrin, o cümlədən Türkiyəyə qarşı soyqırımı iddialarının obyektiv şəkildə araşdırılması və arxivlərin açılması zəruridir:
"Tarixi hadisələrə yenidən baxmaq, mövcud məlumatları araşdırmaq lazımdır. Qarşı tərəfdən səsləndirilən bəzi rəqəmlərin və məlumatların reallığı əks etdirmədiyini görürük. Buna görə də arxivlərin açılması və bütün faktların ortaya qoyulması vacibdir. Qafqazda davamlı və qalıcı sülhün təmin olunması üçün tarixlə bağlı bütün məsələlər obyektiv şəkildə araşdırılmalıdır".