Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüşüb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan–Estoniya əlaqələrinin inkişaf perspektivləri, xüsusilə rəqəmsal inkişaf, süni intellekt, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
"Həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd edilib.