İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

İran uzunmüddətli hərbi əməliyyatların ehtiyaclarını ödəmək üçün kifayət qədər silah istehsal etmək imkanına malikdir.

AZƏRTAC xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei-Nik dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-yə qarşı hərbi əməliyyatlar zamanı silah istehsalının həcmi 2,5 dəfə artıb. O, həmçinin hərbi istehsalın fasiləsizliyini təmin etmək üçün ehtiyat istehsal sahələrinin yaradıldığını qeyd edib.

Talaei-Nik bildirib ki, təxminən 9 min şirkət hərbi istehsala cəlb olunub. İran ilk növbədə öz müdafiə ehtiyaclarını ödəməyi, artıq məhsulları isə ixrac etməyi planlaşdırır.