“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Cared Kuşnerin oktyabrın sonunda Moskvaya səfər etməsi mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, amerikalı nümayəndələr Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə əlavə danışıqlar apara bilərlər.

“Axios”un yazdığına görə, Vitkoff və Kuşner oktyabrın 9-da Mayamidə Ukrayna və Avropa nümayəndələri ilə yeni ideya və təklifləri müzakirə edəcəklər. Tərəflərin enerji infrastrukturu və taxıl daşıyan gəmilərə zərbələrin dayandırılması, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətləri və müharibədən sonra ölkənin bərpası məsələlərini müzakirə edəcəyi bildirilir.