Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) və “İğdır Azərbaycan Evi” Cəmiyyətinin təşəbbüsü ilə şərq vilayətindəki liseyin şagirdləri arasında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş şeir, inşa, hekayə və rəsm müsabiqələri keçiriləcək.
TADDEF sədrinin müavini Sərdar Ünsalın AZƏRTAC-a verdiyi məlumata görə, təşəbbüsün məqsədi Azərbaycan həqiqətlərinin fəal təbliği, gənc nəslin ölkəmizin mədəniyyəti və nailiyyətləri barədə məlumatlandırılmasıdır. “Bu gün Türkiyədə gənclərə Azərbaycan sevgisini aşılamaq heç vaxt olmadığı qədər vacibdir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, müsabiqənin keçirilməsi ilə bağlı müvafiq müraciət İğdır valiliyinə və vilayətin Təhsil İdarəsinə göndərilib, müsabiqələrin qalibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.