Beynəlxalq konfransın iştirakçıları Laçında olublar

İtkin düşmüş şəxslərlə bağlı “Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçılarının Laçın şəhərinə səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qonaqlar səfər çərçivəsində ilk olaraq Laçın Seyrəngahına gəliblər.

 

Buradan şəhərin ümumi mənzərəsini seyr edən konfrans iştirakçıları xatirə fotoları çəkdiriblər.

Xəbər yenilənəcək