Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir.
Bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
"Hesab edirəm ki, körpə uşaqlara hansısa dini təqlqinlər vasitəsilə onların dünyagörüşünə təsir göstərmək çox mənfi haldır. Azərbaycan dünyəvi dövlətdir. Burada hicaba qadağa yoxdur. Amma dünyəvi təhsil sistemində vahid məktəbli forması vacibdir. Hamımız birmənalı olaraq bunu qəbul etməliyik", - deyə o əlavə edib.