Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Şimali Atlantika Alyansı (NATO) ölkələrinin 1,5 mindən az hərbçisinin noyabr ayında Polşada mümkün atəşkəsdən sonra Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi ssenarisini məşq edəcəkləri barədə məlumatı təsdiqləyib.
Bu barədə “Independent” nəşri məlumat yayıb.
Stritinq qeyd edib ki, Britaniya hərbçiləri “genişmiqyaslı təlimlərdə” iştirak edəcək və Fransa ilə Almaniya hərbçilərinə qoşulacaqlar. Təlimlərin məqsədi Rusiya ilə münaqişə başa çatdıqdan sonra NATO qüvvələrinin Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırlığını yoxlamaqdır.
“Gələn ay minlərlə hərbçi Polşada keçiriləcək genişmiqyaslı təlimlərdə iştirak edəcək. Məqsədimiz Ukraynaya lazım olacaq hərbi hazırlığın və müharibədən sonrakı bərpa prosesinin dəstəklənməsinə hazır olub-olmadığımızı yoxlamaqdır”, - deyə o bildirib.